Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştianu Ronaldu “Əl-Taun”la oyunöncəsi məşqdə hücuma məruz qalıb.
7Times.az xəbər verir ki, bu epizodun videogörüntüsü yayılıb.
Azarkeşlərdən biri meydançaya daxil olaraq portuqaliyalı futbolçuya tərəf qaçıb, çatarkən sürüşərək onun ayaqları altına düşüb. Ronaldu ani hərəkətlə kənara çəkilərək hücumdan yayınıb. Əks halda, ayağına xəsarət yetiriləcəkdi. Daha sonra fanat stüardlar tərəfindən tutulub. Ronaldu səssizcə vəziyyəti müşahidə edib.
Fanat.az
Follow @7timesaz