“Eurovision 2011” qalibi Nigar Camal paylaşımları ilə ən çox müzakirə olunan məşhurlardandır.
7times.az xəbər verir ki, sənətçi İnstaqram səhifəsində çimərlik geyimində və açıq-saçıq paltarlarda tez-tez fotolar yayımlayır. Müğənninin hər paylaşımı da tənqidsiz və müzakirəsiz ötüşmür.
N.Camal Axşam.az-a açıqlamasında bildirib ki, heç vaxt mənfi rəylərə görə narahat olmur:
“Yaydır, çimərlikdə nə geyinirlər? Bu, normal bir haldır. Tənqid yazanlara əsəbiləşmirəm. Bu onların düşüncəsidir”.
Nigar yay istirahətindən danışıb. “İki dəfə Londona getdim, amma təyyarədən o qədər bezdim ki… Bu yay Azərbaycandan kənar heç bir yerə getmək istəmədim. Burada mənə rahatdır, sakit və istədiyim kimi” deyə, sənətçi əlavə edib.
Follow @7timesaz