Çinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki Baş qərargahı yanında daimi nümayəndəsi təşkilatdan ABŞ biolaboratoriyalarını yoxlamağı tələb edir.
7Times.az xəbər verir ki, bu barədə məlumatı “Global Times” yayıb.
Məlumata əsasən, Çinin ÜST yanında daimi nümayəndəsi Çen Syuy təşkilata müraciət ünvanlayıb və koronavirus pandemiyasının mənşələrinin axtarılması üçün ABŞ laboratoriyalarının yoxlanılmasını tələb edib.
Onun sözlərinə görə, koronavirusun laboratoriyadan sızması məsələsi hələ də mümkün variant hesab olunursa, Fort-Detrik və Şimali Karolina ştatının Universitetinin laboratoriyalarında da açıq araşdırmalar aparılmalıdır.
Ç.Syuy bildirib ki, Uhan universitetindən virusun sızması ehtimalı azdır.
“Əgər kimsə virusun süni şəkildə yaradıldığını düşünürsə, o zaman Amerikanın da laboratoriyalarını yoxlamaq lazımdır”, – deyə çinli rəsmi vurğulayıb.
Follow @7timesaz