“Google Maps” tərəfindən Çinin Tibet bölgəsində bir əraziyə senzura qoyulması böyük səs-küyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Çinin dünyadan nə gizlətdiyi ilə maraqlandıqlarını bildiriblər.
7Times.az Teleqraf.com-a istinadən xəbər verir ki, dünyanın ən inkişaf etmiş ölkələri arasında yer alan Çinin texnologiya sahəsindəki addımları hər kəs tərəfindən maraqla izlənilir. Bununla belə, Çinin bəzi texnologiyaları gizli saxladığı iddiası da tez-tez dilə gətirilir.
Reddit istifadəçiləri “Google Maps” vasitəsilə Çinin Tibet bölgəsindəki bir əraziyə senzuranı gündəmə gətiriblər. Qısa müddətdə çoxlu şərh alan mövzu Redditdə ən çox müzakirə olunan mövzulardan biri oldu.
Bəzi sosial media istifadəçiləri 30.846054 və 81.668028 koordinatlarında olan bölgənin də “Google” səhvinə görə gizlədilə biləcəyini bildiriblər.
Reddit istifadəçiləri sirli bölgədə nə baş verdiyini maraqlandıqlarını və Çinin bu bölgədə dünyanın bilməsini istəmədiyi bir şeyi gizlədə biləcəyini iddia edirlər. Sözügedən ərazi Nqari əyalətinin cənub-şərqində yerləşən Muba bölgəsi ilə üst-üstə düşür.