ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin görüşmək üçün San-Fransiskodadır.
7Times.az xəbər verir ki, bu barədə “Sinhua” məlumat yayıb.
Bildirilib ki, bu, 2017-ci ildən sonra Si Cinpinin ABŞ-yə ilk səfəridir. O həmin il eks-prezident Donald Trampla görüşmüşdü.
Cozef Baydenlə Si Cinpinin görüşü Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində baş tutacaq.
Follow @7timesaz