Dünya

Çin ordusu Cənubi Çin dənizində təlimlərə başlayıb

Çin ordusu Cənubi Çin dənizində təlimlərə başlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Silahlı Qüvvələri Cənubi Çin dənizində ordunun müxtəlif qolları arasında qarşılıqlı əlaqəni tətbiq etmək üçün təlimlərə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Döyüş Komandanlığının Cənub Zonası məlumat yayıb.

Qeyd edilib ki, təlimlərdə ÇXAO-nun Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri iştirak edir. Manevrlərin aparıldığı akvatoriyanın koordinatları göstərilməyib.