Dünya

Çin Sədri Silahlı Qüvvələrin döyüş hazırlığının artırılmasına çağırış edib

Çin Sədri Silahlı Qüvvələrin döyüş hazırlığının artırılmasına çağırış edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Sədri Si Cinpin ordunun (AXO) bölmələrinin hərtərəfli döyüş hazırlığını artırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə CGTN xəbər kanalı məlumat yayıb.

Ölkənin şimal-şərqindəki 78-ci Ordu Qrupunun qərargahına baxış zamanı Çin Sədri döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və yeni döyüş imkanları yaradılmasına çağırış edib.

Si Cinpin həmçinin partiya quruculuğunun gücləndirilməsinin və Silahlı Qüvvələrin bütövlüyünün və birliyinin yüksək səviyyədə saxlanmasının vacibliyini vurğulayıb.

O, həmçinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına verdiyi töhfələrə görə hərbçilərə təşəkkür etdi.