Dünya

Çin səfiri Ermənistanı təriflədi: “Doğmalığımız qorunub saxlanılıb”

Çin səfiri Ermənistanı təriflədi: “Doğmalığımız qorunub saxlanılıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Fan Yonq Ermənistanla bağlı məqalə yazıb.

 

7Times.az  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, səfir Ermənistanı xeyli tərifləyib.

 

O, ölkəni “tarixən qədim İpək Yolunun mühüm dayanacağı” adlandırıb. Diplomat məqaləsində yazıb ki, Çinin inkişafı Ermənistanla əməkdaşlıq üçün yeni imkanlar yaradır.

 

“2009-cu ildən bəri Çin Ermənistanın ikinci ən böyük ticarət tərəfdaşıdır və 2022-ci ildə ölkələr arasında ticarət illik müqayisədə 39.4% artaraq 1.758 milyard dollar təşkil edib”, – səfir qeyd edib.

 

O, Ermənistanın “qədim yaşayış məskənlərində arxeoloqların erkən orta əsrlərə aid Çin məmulatları aşkar etdiklərini” iddia edərək belə yazıb: “Dostluq üçün məsafələr yoxdur, doğmalıq minlərlə kilometrə qədər qorunub saxlanılıb”.

Modern.az