Maqazin

Çinarənin klip OĞURLUĞU: Məsələ məhkəməyə gedəcəkmi? – VİDEO

Çinarənin klip OĞURLUĞU: Məsələ məhkəməyə gedəcəkmi? – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli şou aləmində tez-tez mahnıların və ya kliplərin bir-birinə bənzədilməsinə, bir növ plagiatdan istifadə olunması hallarına çox rast gəlinir. Bu cür bənzərliklər təbii ki, dinləyici və izləyicilər tərəfindən birmənalı qarşılanmır.

Bir müddət əvvəl müğənni Çinarə Məlikzadənin “Aşka Davet” adlı mahnısına çəkdirdiyi klipinin də plagiat olduğu ortaya çıxıb. Sosial şəbəkə istifadəçiləri klipi gördükləri andan bunun oxşarının olduğunu qeyd ediblər. Bəxtiyar Ələkbərovun rejissorluğu ilə ərsəyə gələn ekran işi müğənni Sivvanın (Sevinc Ağasıyeva) 1 il öncə işıq üzügörən “Qaratikanlar” klipi ilə eynilik təşkil edir.

Gənc müğənninin musiqi nömrəsinin çəkiliş məkanı Sivvanın klipində olduğu kimi dağ və düzənlik motivləri əsasında qurulub. Bundan başqa klip üçün qurulan xoreoqrafiya, jest və hərəkətlər də oxşarlığı ilə diqqət çəkir. Hətta musiqi nömrəsində istifadə olunan geyim tərzləri və rənglər də “Qaratikanlar” klipindəki nümayiş olunan görüntü və still ilə eynilik təşkil edir.

Musiqilər müxtəlif janrlarda olsa da, təəssüf ki, klipdə qeyd etdiyimiz nüansları nəzərə alsaq onu plagiat adlandıra bilərik. 

Sözügedən məsələ ilə bağlı müğənni Çinarə Məlikzadə ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, cəhdlərimiz cavabsız qaldı. Sivvanın özü də hələlik bu məsələ ilə bir qərara gəlməyib.

Qeyd edək ki, müğənni Sivvanın ifasında çəkilmiş klipin rejissorluğu Kənan Musayevə, prodüsserliyi isə Ruslan Zeynala məxsusdur. 

Plagiat adlandırılan görüntüləri sizə təqdim edirik: