Dünya

Çində ardıcıl üçüncü gün rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Çində ardıcıl üçüncü gün rekord sayda koronavirusa yoluxma qeydə alınıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində koronavirus (COVID-19) infeksiyasına son sutkada ərzində 35 183 yeni yoluxma faktı qeydə alınıb, o cümlədən 31 709 asimptomatik hal aşkar edilib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Ölkədə ardıcıl üçüncü gün rekord sayda yoluxma qeydə alınıb. Bir gün əvvəl, noyabrın 24-də materik Çində 32 943 yeni koronavirus infeksiyası aşkar edilib ki, bu da noyabrın 23-dən 4 faiz çoxdur.

Bununla belə, koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Ən çox yoluxanların sayı ölkənin cənubundakı Quançjou və cənub-qərbindəki Çunqinq şəhərlərində qeydə alınıb.