Dünya

Çində dəfndə iştirak üçün gedən 19 nəfər öldü, 20-si yaralandı

Çində dəfndə iştirak üçün gedən 19 nəfər öldü, 20-si yaralandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Tszyansi əyalətində yük maşını dəfn karvanındakı maşınlara çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində azı 19 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Hadisə şahidləri ölən və yaralananların çoxunun dəfn mərasimində iştirak edənlər olduğunu bildirib.
Polis qəzadan təxminən 1 saat sonra qatı duman səbəbiylə sürücülər üçün görüş məsafəsi xəbərdarlığı edib və qəza ilə bağlı araşdırma başladılıb.