Dünya

Çində koronavirus vaksini noyabrda istifadəyə verilir

Çində koronavirus vaksini noyabrda istifadəyə verilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa qarşı peyvəndlərdən birincisi bu ilin noyabr və ya dekabr aylarında Çində geniş ictimaiyyətə təqdim edilə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin biotəhlükəsizlik üzrə mütəxəssisi Vu Quyçjen Çin Mərkəzi Televiziyasına verdiyi müsahibəsində bildirib.

“Noyabr və ya dekabr aylarında adi insanlar da koronavirusun səbəb olduğu COVID-19-a qarşı peyvənd oluna biləcəklər. Çünki vaksinin klinik sınaqlarının üçüncü mərhələsi olduqca yaxşı gedir”, – ekspert deyib.

Onun sözlərinə görə, artıq özü peyvənd olunub və heç bir əks təsir yaşamayıb. Bununla belə, mütəxəssis söhbətin hansı peyvənddən getdiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, Çin hökuməti daha əvvəl əczaçılıq şirkətlərinin klinik sınaqlar mərhələsində olan və tezliklə bütün ölkələrə təqdim edilə biləcək doqquz növ koronavirusa qarşı peyvənd hazırladıqlarını məlumat vermişdi. Onlardan azı dördü sınaqların üçüncü, sonuncu mərhələsindədir.