Dünya

Çində müəllim yanlış cavaba görə şagirdi döyərək öldürdü

Çində müəllim yanlış cavaba görə şagirdi döyərək öldürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində riyaziyyat müəllimi on yaşlı şagirdi onun suallarına iki dəfə yanlış cavab verdiyinə görə döyüb.

“Report” xəbər verir ki, bu barədə “The Daily Star” qəzeti yazıb.

Nəşr bildirib ki, müəllim məktəbli qızın başına zərbə endirib və sinfin bütün şagirdləri qarşısında onu dizüstə saxlayıb.

Bundan sonra qız özünü pis hiss edib, o, xəstəxanaya çatdırılıb. Lakin həkimlər məktəblinin həyatını xilas etməyə nail olmayıblar.

Fakt üzrə araşdırmalara başlanılıb.