Dünya

Çində qasırğa baş verdi: 25 nəfər yaralandı

Çində qasırğa baş verdi: 25 nəfər yaralandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Tszyansu əyalətində qasırğa baş verib.

7Times.az  xəbər verir ki, qasırğa nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Qasırğanın vurduğu zərərin təxminən 65 milyon yuan olduğu bildirilir.

Ağaclar, yollardakı yük maşınları və elektrik dirəkləri aşıb, evlərin damları uçub, bəzi binaların şüşələri sınıb. Kənd təsərrüfatı torpaqlarına da külli miqdarda ziyan dəyib.