“Çin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.
Bu sözləri Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Çinin xarici işlər naziri Van İ deyib.
“Bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü qorunmalıdır, çünki bu beynəlxalq münasibətlərin əsas normasıdır. Ukrayna da istisna deyil. Çin hökumətinin ötən həftə açıqladığı sənəddə bir daha vurğulanır ki, biz bütün ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Əgər kimsə Çinin bu cür mövqeyini şübhə altına almaq istəyirsə, bu, Çinin mövqeyini təhrif etmək deməkdir”, – deyə XİN rəhbəri bildirib.
Follow @7timesaz