Yaponiyanın Kaqoşima əyaləti yaxınlığında Çin hərbi gəmisi ölkənin ərazi sularına daxil olub.
Axar.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Yaponiya ərazi sularına daxil olan gəmi Yakuşima adasının cənubuna doğru hərəkət edərək 3 saata yaxın ərazidə qalıb.
Gəmi Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin və Yaponiya Sahil Mühafizəsinin nəzarəti altında Kaqoşima bölgəsini tərk edib.
Nazirlik Pekin hökumətinə diplomatik etiraz edildiyini bildirib.
Follow @7timesaz