Hadisə

Cinsi azlıqlar Bakıda polis şöbəsinə BASQIN ETDİ – FOTO

Cinsi azlıqlar Bakıda polis şöbəsinə BASQIN ETDİ – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda iki nəfər polis bölməsinə hücum edib.

7times.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

İddia olunur ki, basqın edən şəxslər cinsi azlıq nümayəndələridir. Onlar Nəsimi rayon Polis İdarəsi 22-ci polis şöbəsi hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, hadisəni törədən şəxslər barədə qanunauyğun şəkildə tədbir görülüb:

“Həmin şəxslərin qanunsuz hərəkətləri ilə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən (xırda xuliqanlıq) protokol tərtib olunub. Digər qanunsuz hərəkətlərinin xüsusatları ilə bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır”.

Polis mayorunun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək.