Britaniyanın “Vollebak” brendi çirkli havanın geyimlər üçün gözlənilməz faydalarını açıqlayıb.
7times.az oxu.az-a istinadən xəbər verir ki,, şirkət yosunlardan istifadə edərək suda saxlanılan karbon dioksid emissiyalarına əsaslanan boya ilə məhsulları rəngləməyə başlayıb.
Şirkətin əməkdaşları isti şirin su anbarlarında rast gəlinən yosun spirulinasından biokütləni termiki emaldan keçiriblər. Yüksək temperaturun təsiri altında bitkilər qara toz (bu rəng yosunların yaşayış dövrü ərzində udduğu karbon tərəfindən verilir) halına gəlib. Toz su əsaslı akrillə qarışdırılır, daha sonra orqanik materialdan hazırlanmış maykalar boyanır.
Bu piqment parçaya hopmur, ancaq günəş işığına məruz qaldıqda solmur. Neft əsaslı boyadan fərqli olaraq, yeni piqmentin istehsalı planetə zərər vermir və tullantıları azaltmağa kömək edir – istehsal olunan hər kiloqram toz atmosferdən 4,16 kiloqram CO2 təmizləyir.
Bundan əlavə, yosunlarla boyanmış paltarlar istismarı bitdikdən sonra 12 həftə ərzində torpaqda parçalanır və atmosferdən karbon tutma qabiliyyətini saxlayır.