İdman

ÇL: Püşkatma nəticələri ləğv edildi

ÇL: Püşkatma nəticələri ləğv edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

7times.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri müəyyənləşib.

1/8 finalın ilk görüşləri 2022-ci il 15 – 16 və 22 – 23 fevralda, cavab qarşılaşmaları 8 – 9 və 15 – 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

“Benfika” (Portuqaliya) – “Real Madrid” (İspaniya)

“Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

“Atletiko” (Madrid, İspaniya) – “Bavariya” (Almaniya)

“Zaltsburq” (Avstriya) – “Liverpul” (İngiltərə)

“İnter” (İtaliya) – “Ayaks” (Niderland)

“Sportinq” (Portuqaliya) – “Yuventus” (İtaliya)

“Çelsi” (İngiltərə) – “Lill” (Fransa)

PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə)

***

İsveçrənin Nyon şəhərində keçirilmiş UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma nəticələri ləğv edilib.

Buna səbəb püşkatma zamanı qeydə alınan texniki səhv olub.

Belə ki, eyni qrupdan çıxmış “Atletiko” (Madrid, İspaniya) və “Liverpul” (İngiltərə) potensial rəqib kimi göstərilib.

Yeni qərara əsasən, püşkatma mərasimi Bakı vaxtı ilə saat 18:00-da təkrar keçiriləcək.