İdman

ÇL: “Qarabağ”ın potensial rəqibi müəyyənləşdi

ÇL: “Qarabağ”ın potensial rəqibi müəyyənləşdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

7Times.az xəbər verir ki, Estoniya klubu “Flora” ilə Polşa təmsilçisi “Rakuv” birincilərin meydanında cavab görüşünə çıxıblar.

Səfərdə 0:1 hesabı ilə məğlub olan “Flora” Tallində bunun revanşını ala bilməyib. Rəqibini səfərdə də üstələyən (3:0) “Rakuv” növbəti raunda yüksəlib.

“Qarabağ” bu mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u keçsə, “Rakuv”a rəqib olacaq. “Qarabağ” – “Linkoln” cütünün qalibi II raundda ilk görüşünü iyulun 25-də və ya 26-da səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra evdə keçirəcək.

Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Cəbəllütariqdəki ilk görüşdə Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.