CNN telekanalının prezidenti Ceff Zuker vəzifəsindən istefa verib.
7Times.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə telekanalının saytında məlumat yerləşdirilib.
Ceff Zuker istefasını həmkarı ilə arasında yaranmış münasibətlər faktını vaxtında rəhbərliyə açıqlamaması ilə izah edib. Bu məlumat telekanalın keçmiş aparıcısı Kris Kuomoya qarşı araşdırma zamanı üzə çıxıb.
“Məndən münasibətlər başlayanda anlatmağım tələb edilirdi, amma mən anlatmadım. Səhv etmişəm”, – deyə o bildirib.
Qeyd edək ki, 55 yaşlı C.Zuker 2013-cü ilin əvvəlində telekanalın prezidenti təyin edilmişdi. Bundan əvvəl o, 25 ilə yaxın NBC teleşirkətində çalışıb.
Follow @7timesaz