ABŞ-ın CNN telekanalı vaksin olunmayan 3 əməkdaşını işdən çıxarıb.
7Times.az xəbər verir ki, bu haqda məlumatı “NTV” yayıb. Məlumata əsasən, bu əməkdaşlar şirkətin təyin etdiyi qaydaları pozub.
Telakanalın sədri Ceff Çüker bildirib ki, telekanalın qərarına əsasən, ofisə gələn və digər CNN müxbiri ilə eyni məkanda olan hər bir vətəndaş koronavirusa qarşı peyvənd olunmaq məcburiyyətindədir.
Qeyd edək ki, “Facebook” və “Google” da daxil olmaqla bir neçə nəhəng şirkət ofisə geri dönmək istəyən işçilərindən peyvənd olunmalarını tələb edəcəyini elan edib.