ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniyada ona qarşı edilmiş sui-qəsd cəhdi ilə bağlı Federal Təhqiqat Bürosuna (FTB) ifadə verməyə razılaşıb.
7Times.az xəbər verir, bu barədə CNN telekanalı qurumun nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, belə hallarda zərərçəkmişlərin ifadəsi standart prosedurdur, lakin qurumun zərərçəkmişi buna məcbur etmək hüququ yoxdur, söhbət könüllülük əsasında aparılır.
Trampın nə vaxt dindiriləcəyi hələlik bəlli deyil.
Xatırladaq ki, Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniyada seçki kampaniyası çərçivəsində onun seçicilər qarşısında çıxışı zamanı baş verib.
Follow @7timesaz