Dünyaca məşhur Hollivud ulduzu və BMT-nin qaçqınlar üzrə xüsusi elçisi Ancelina Coli instaqram sosial şəbəkəsində hesab açıb.
7Times.az xəbər verir ki, profil yeni açılsa da, artıq 4 milyondan çox izləyici toplayıb. Məşhur aktrisa ilk postunu da paylaşıb.
Coli yeniyetmə əfqan qızın ona yazdığı məktubu izləyiciləri ilə bölüşüb.
Məktubda əfqan qız “Taliban” hərəkatının Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra yerli əhalinin duyduğu qorxu hissi barədə yazıb. Qızın sözlərinə görə, radikal islamçıların hakimiyyətə gəlməsindən sonra bir çoxları gələcək həyatlarına olan ümidlərini itirib.
Hollivud ulduzu postda onu da qeyd edib ki, qadın hüquqları və onların səsi olmaq üçün sözügedən sosial şəbəkəyə gəlmək istəyib.
Follow @7timesaz