ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkisində namizəd olmaq üçün ərizə verib.
69 yaşlı siyasətçi ABŞ Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətindədir.
Siyasətçi ABŞ-nin keçmiş lideri Con Kennedinin (1917-1963) qardaşı senator Robert Kennedinin (1925-1968) oğludur.
Qeyd edək ki, kiçik Kennedi vaksinasiyanın əleyhinədir. O, həm də ekoloji fəaldır.
Yeri gəlmişkən, bildirək ki, kiçik Kennedi 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətini təsdiqləyən ikinci demokrat namizəddir. Bu ilin mart ayında yazıçı Marianna Villiamson namizədliyini elan edib. Hazırkı ABŞ lideri Co Bayden isə yenidən seçiləcəyi barədə ümidini açıq şəkildə bildirib, lakin hələlik yeni seçki kampaniyasına başladığını açıqlamayıb.
Follow @7timesaz