Ukrayna təhlükəsizlik zəmanətlərindən məhrum olduğu müddətdə Putin terrora davam edəcək.
7Times.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri öz köşə yazısında yazıb.
“Heç bir ölkə NATO üzvlüyünə hazır olduğunu nümayiş etdirmək üçün Ukrayna qədər səy göstərməyib. Heç bir silahlı qüvvə NATO silahlarından istifadə etməkdə daha effektiv deyil. Artıq heç bir ölkənin NATO üzvlüyünə ehtiyacı yoxdur”, – o qeyd edib.
Conson bildirib ki, Alyans Ukraynanın müharibədən dərhal sonra NATO-ya üzv olacağına söz verməli, dəvət üçün şərtlər qoymamalı idi.
O deyir ki, imtinanın əsl səbəbi bəzi tərəfdaşların hələ də Putinlə danışıqlara inanmasıdır.
“Onlar düşünürlər ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi Putinlə razılaşmanın bir hissəsi ola bilər. Bu, dəlilikdir”, – Conson vurğulayıb.
Modern.az
Follow @7timesaz