Dünya

Corc Buş Zelenskini “zəmanəmizin Çörçili” adlandırdı…-FOTO

Corc Buş Zelenskini “zəmanəmizin Çörçili” adlandırdı…-FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın 43-cü prezidenti Corc Buş Ukrayna prezidenti Volodimir Zelenskini “zəmanəmizin Uinston Çörçili” adlandırıb.
7Times.az Ukrayna mediasına istinadla xəbər verir ki, o, bu barədə “İnstaqram”da Volodimir Zelenski ilə söhbətindən sonra yazıb.
“Bu səhər prezident Zelenski – zəmanəmizin Uinston Çörçili ilə bir neçə dəqiqə danışmaq şərəfinə nail oldum. Prezidentə liderliyinə, göstərdiyi nümunəyə və azadlıq uğrunda mübarizəyə sadiqliyinə görə təşəkkür etdim və Ukrayna xalqının cəsarətini alqışladım. Prezident Zelenski məni əmin etdi ki, onlar Putinin barbarlığı və quldurluğuna qarşı mübarizədən geri çəkilməyəcəklər. Amerikalılar onların mətanətindən və dözümlülüyündən ruhlanırlar. Biz öz azadlıqlarını müdafiə edən ukraynalıları dəstəkləməyə davam edəcəyik”, -Buş belə yazıb.
Öz növbəsində Zelenski bildirib ki, “amerikalılar səmimi, açıq insanlardır” və ukraynalılarla amerikalıların ortaq dəyərləri var. Dövlət başçısı Buşu onun üçün əlverişli vaxtda Ukraynaya səfərə dəvət edib…