Maqazin

“Corc Kluni yalan deyir, onu reklama çəkmək istəməmişik” – Türk Hava Yolları

“Corc Kluni yalan deyir, onu reklama çəkmək istəməmişik” – Türk Hava Yollarıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yollarının sədri (THY) Hollivud ulduzu Corc Kluninin yalan danışdığını deyib.

7times.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türk Hava Yollarının (THY) sədri İlker Aycı, Hollivud ulduzu Corc Kluninin dekabrın əvvəlində verdiyi müsahibədə “ölkə rejimi və insan haqları baxımından” 35 milyon dollarlıq müqavilədən imtina etdiyini deməsinə münasibət bildirib. İlker Aycı irəli sürülən ittihamları rədd edib.

Dünən Amerika Erməni Milli Komitəsi sözügedən aviaşirkətin THY-yə aid olduğunu açıqlayıb və Kluniyə münasibətinə görə təşəkkür edib.

THY sədri Aycı iddialarla bağlı açıqlama verib.

“Mən Corc Klunini bəyənirəm, o, çox yaxşı aktyordur, çox yaxşı filmləri var. Mən şəxsən ona heyranam, amma biz heç bir halda Corc Klunini reklamımızda göstərməyə çalışmamışıq”, – deyə THY sədri vurğulayıb.

Xatırladaq ki, dekabrın əvvəllərində Hollivud aktyoru Corc Kluni bir çəkiliş günü üçün 35 milyon dollarlıq qonorar təklifindən imtina etdiyi barədə açıqlama vermişdi. Corc Kluninin həyat yoldaşı Livan əsilli Amal Kluni erməni təəssübkeşi kimi tanınır. KONKRET.az