Dünya

COVID-19-a yoluxanların sayı 34 milyonu keçdi – SON STATİSTİKA

COVID-19-a yoluxanların sayı 34 milyonu keçdi – SON STATİSTİKAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada 34 159 060 nəfər koronavirusa yoluxub.

7times.az xəbər verir ki, virusdan 1 018 791 xəstə ölüb, 25 430 448 nəfər sağalıb.

Koronavirusun ən çox müşahidə olunduğu dövlətlər ABŞ (7 447 282 nəfər), Hindistan (6 312 584 nəfər), Braziliya (4 813 586 nəfər) və Rusiyadır (1 176 286 nəfər).

İranda 457 219, Türkiyədə 318 663, Ermənistanda 50 359, Gürcüstanda 6 192 nəfərdə koronavirus qeydə alınıb.

Azərbaycanın sərhəd qonşuları arasında virusdan ən çox ölüm İranda müşahidə olunur (26 169 nəfər).

Azərbaycanda koronavirusun aşkar edildiyi 40 229 nəfərin 591-i ölüb, 37 954 isə nəfər sağalıb.