Covid 19 okeanları da “ZƏHƏRLƏDİ” – Bəşəriyyət koronavirusa görə 8,4 milyon ton zibil istehsal edib

Covid 19 okeanları da “ZƏHƏRLƏDİ” – Bəşəriyyət koronavirusa görə 8,4 milyon ton zibil istehsal edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19 epidemiyası ilə bağlı 25 min tondan çox istifadə edilmiş fərdi qoruyucu vasitələr və digər plastik tullantılar okeanlara axıdılıb.

7times xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında məqalə dərc olunub. Məlum olub ki, pandemiyanın başlanğıcından 2021-ci ilin avqustuna qədər bəşəriyyət təxminən 8,4 milyon ton belə zibil istehsal edib. Onların 25 min tonu artıq dünya okeanlarındadır. Əsasən, bu zibil birbaşa okeana atılmır – orada çaylar tərəfindən yuyulur. İlk növbədə, bu, əhalinin sıxlığının yüksək olduğu və ciddi ekoloji standartların olmadığı Asiya çaylarına Yantszı, Hind və Sarı çaya axıdılır.

 

Qeyd edək ki, tədqiqat zamanı müəyyən edilib ki, 193 ölkədən tibbi maskalar, test dəstləri, ixtisaslaşmış xəstəxanaların tullantıları və oxşar əşyalar okeanların çirklənməsinə səbəb olub.//Metbuat.az