Dünya

COVID-19 peyvəndi ölkələr arasında necə paylanacaq? – ÜST strategiyanı açıqladı

COVID-19 peyvəndi ölkələr arasında necə paylanacaq? – ÜST strategiyanı açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus peyvəndi əldə olunduqdan sonra bütün ölkələri peyvəndlə təmin etməyi hədəfləyən beynəlxalq COVAX mexanizminə qoşulmağa çağırıb.

7times.az xəbər verir ki, Baş direktor bu barədə Cenevrədə keçirilən brifinqdə bildirib.

“Qlobal COVAX mexanizmi peyvəndlərin təmin edilməsi və risklərin aradan qaldırılması üçün vacibdir. Buna görə bu gün bütün ölkələrə bu mexanizmə qoşulmağa çağıran məktub göndərdim”, – deyə o, qeyd edib.

Tedros Adhanom Qebreyesus effektiv koronavirus peyvəndi əldə olunduqdan sonra təklif olunan birgə fəaliyyət strategiyasını açıqlayıb: “Birinci mərhələdə ümumi riskin azaldılması üçün eyni vaxtda bütün iştirakçı ölkələrə müəyyən nisbətdə dozalar paylanacaq. İkinci mərhələdə isə ölkələrin təhlükə və həssaslığı nəzərə alınacaqdır”.

ÜST-ün baş direktoru vurğulayıb ki, dünya COVID-19 pandemiyasına qarşı mübarizədə birgə həllin tapılması üçün həmrəylik göstərməlidir.

APA.