Bir neçə il əvvəl oğlunu itirən model Ebru Şallı Kahramanmaraşda baş verən zəlzələdən sonra ağır günlər yaşadığını açıqlayıb.
Axşam.az xəbər verir ki, alış-veriş mərkəzində görüntülənən Ebru jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, zəlzələdən sonra 3 kiloqram çəki atıb.
“Heç yaxşı deyiləm. Yaxşı olmağa çalışıram. Həyat davam edir. Zəyif olduğum üçün çəki itirməməliyəm. Amma yaşadıqlarımdan sonra mümkün deyil. 3 həftə heç yuxu yata bilmədim. İndi də yuxu dərmanı içməsəm, yata bilmirəm. Pars xəstəxanada müalicə aldığı ərəfədə belə olmuşdum. Sonra bir az özümə gəldim.Zəlzələdən sonra isə nə qədər çalışdım özümü ələ alım, amma alınmadı. Dişimi sıxa-sıxa axırda biri də qırıldı” deyə, Şallı bildirib.
Follow @7timesaz