Fransanın PSJ futbol klubunun və Argentina milli futbol komandasının hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını ən böyük qorxusu adlandırıb.
7Times.az “Lenta.ru”ya istinadən xəbər verir ki, futbolçu zədədən qorxduğunu və bu səbəbdən dünya çempionatının final mərhələsinə qatılmama narahatçılığını keçirdiyini bidirirb.
Futbolçu Qətərdəki dünya çempionatının onun futbol həyatında final olacağını da deyib. Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Argentina Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə eyni qrupda çıxış edəcək.
Follow @7timesaz