Dünya

“Çox pis hadisələr yaşana bilər” – Tramp

“Çox pis hadisələr yaşana bilər” – Trampbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların nəticəsiz qalacağı təqdirdə hərbi variantın gündəmə gələ biləcəyini açıqlayıb. 

O bildirib ki, mümkün hərbi hazırlıq çərçivəsində Yaxın Şərqə ikinci təyyarədaşıyan zərbə qrupunun göndərilməsi məsələsi nəzərdən keçirilir.

ABŞ mətbuatına danışan Tramp deyib ki, hazırda bölgəyə doğru hərəkət edən bir donanma var və lazım gələrsə, daha bir zərbə qrupu da göndərilə bilər. O, ABŞ və İran arasında danışıqların ikinci mərhələsinin gələn həftə baş tutacağını gözlədiyini bildirib.

Tramp vurğulayıb ki, ya tərəflər razılığa gələcək, ya da “ötən dəfə olduğu kimi çox pis hadisələr yaşana bilər”.

ABŞ lideri ötən ilin iyununda İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hücumu xatırladaraq qeyd edib ki, Tehran Vaşinqtonun bu addımı atacağına inanmırdı və həddindən artıq irəli getmişdi. Onun sözlərinə görə, hazırkı danışıqlar əvvəlkilərdən xeyli fərqlənir.