“Fort Bragg hərbi bazasına gedəcəyəm və çox vacib bir açıqlama verəcəyəm”.
7Times.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth” sosial media hesabından etdiyi paylaşımda bildirib.
O, bu barədə əlavə bir məlumat verməyib.
Xatırladaq ki, ABŞ-nin Los-Anceles şəhərində İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni mühacirlərə dəstək məqsədilə təşkil edilən nümayişlər hələ də davam edir.Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında vaxtaşırı toqquşmalar baş verir.
Son məlumata görə, polis 100-dən çox nümayiçini saxlayıb.
“AzPolitika”
Follow @7timesaz