“Crocus City Hall”dakı terror aktı ilə bağlı iş üzrə səkkizinci müttəhim olan 32 yaşlı biznesmen Alişer Kasımov mayın 22-dək həbs edilib.
Məlumata görə, o, Rusiya vətəndaşıdır, ölkəyə Qırğızıstanın Oş şəhərindən gəlib. Ailəlidir, üç övladı var, Putilkovoda çayxana sahibidir.
İclasda hakimin “nədə ittiham olunduğunu bilirsinizmi?” sualına Qasımov belə cavab verib: “Mən sadəcə olaraq kirayə mənzil verirdim”.
Kasımov Krasnoqorskdakı mənzilini kimə kirayə verməsindən şübhələnmədiyini vurğulayıb. Onun sözlərinə görə, əmlak ipotekada olub və kirayənişinləri internet vasitəsilə tapıb.
Biznesmen gözlənilən terror aktından xəbəri olmadığını iddia edib.
Kasımov həmçinin vurğulayıb ki, əvvəlcə evi slavyanlara icarəyə vermək istəyib, ancaq Faridun Şamsidinin vaxtında ödəmək vədindən sonra bu fikrindən daşınıb.
///Oxu.az
Follow @7timesaz