Maqazin

Dadaşovadan Kılıçdaroğlu paylaşımı

Dadaşovadan Kılıçdaroğlu paylaşımıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Brilliant Dadaşova Türkiyədə prezidentliyə namizəd olan Kemal Kılıçdaroğlu ilə bağlı status paylaşıb.

OLAY yazır ki, müğənni Kılıçdaroğlunun erməni əsilli olduğunu iddia edənlərə onun Qarabağ haqda çıxışı ilə cavab verib:

“Kılıçdaroğlunun Qarabağ haqqında dedikləri. Ermənidir deyənlər, yaxşı dinləyin. İstər indiki iqtidar, istərsə müxalifət, heç bir türk qardaşımız bizə xəyanət etməz”.