İspaniya meşə yanğınları ilə mübarizə aparmaq üçün Türkiyəyə 3 təyyarə göndərir.
7Times.az xəbər verir ki, bu haqda məlumatı İspaniyanın Xarici İşlər Nazirliyi açıqlayıb.
Məlumata əsasən, bu gün bir nəqliyat təyyarəsi Muğlanın Dalaman şəhərinə çatmalıdır. Çərşənbə axşamı isə iki amfibiya (yanğınsöndürən) təyyarənin Türkiyədə olacağı bildirilir.
Bununla yanaşı, 22 ekipaj üzvü və fövqəladə hallar üzrə hərbi bölmənin 5 hərbi mütəxəssisi də Türkiyəyə yola salınır.
Qeyd olunur ki, İspaniya hakimiyyəti bu dəstəklə təbii fəlakət qurbanları, Türkiyə və alovun yayılmasının qarşısının alınması üçün çalışan mütəxəssislərlə həmrəy olduğunu ifadə etmək istəyir.
Follow @7timesaz