Qərbi Afrika ölkəsi Seneqalda TikTok sosial şəbəkəsi növbəti xəbərdarlığa qədər qadağan edilib.
7Times.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə Nazirliyi açıqlama yayıb.
“TikTok ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqalda mobil internet də kəsilib.
Follow @7timesaz