Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri husi qruplaşmasına aid PUA-nı vurub.
7times.az xəbər verir ki, bunu koalisiya qüvvələrinin sözçüsü Turki əl-Maliki deyib.
“Husilərə məxsus PUA Yəmən ərazisində vurulub. Husilər PUA-lar vasitəsilə Səudiyyə Ərəbistanında yaşayış məntəqələrini və mülki əhalini məqsədli şəkildə hədəf alır”, – sözçü bildirib.
Qeyd edək ki, hadisə ilə bağlı husilər heç bir açıqlama verməyib. axar.az
Follow @7timesaz