Daha bir vaksin təcili istifadə üçün təsdiqləndi

Daha bir vaksin təcili istifadə üçün təsdiqləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Amerikanın Novavax şirkətinin lisenziyası əsasında Hindistanın Serum İnstitutu tərəfindən istehsal edilən Covovax koronavirus peyvəndini təcili istifadə üçün təsdiqləyib.

7times.az xəbər verir ki, bu barədə ÜST-ün məlumatında deyilir:

“Ümumdünya Səhiyyə Təşkilatı bu gün ÜST tərəfindən təsdiqlənmiş SARS-CoV-2 vaksinlərinin siyahısını genişləndirərək NVX-CoV2373 üçün Fövqəladə İstifadə Siyahısını (EUL) yayımladı. CovovaxTM adlı peyvənd Hindistan Serum İnstitutu tərəfindən lisenziya əsasında istehsal olunur. Novavax və COVAX portfelinin bir hissəsidir. Bu, aşağı gəlirli ölkələrdə daha çox insanı peyvənd etmək üçün davam edən səylərə çox lazımlı təkan verir”.

ÜST-ün təsdiqi COVAX dərman siyahısında olmaq və beynəlxalq satınalma üçün ilkin şərtdir.