Rusiyadan Azərbaycana gələn təyyarə reyslərinin dayandırılması müğənni Damlanı qürbətdə saxlayıb.
Yenisabah.az xəbər verir ki, toy üçün Rusiyaya gedən Damla vətənə geri dönə bilməyib.
O. bu barədə sosial şəbəkə hesabında məlumat verib. İfaçı “Tarix yenə təkrarlanır. Biz yenə də Moskvada qaldıq. Yollar bu dəfə də bağlandı”, – deyə qeyd edib.
Xatırladaq ki, pandemiya dövründə sərt karantin rejimi zamanı uçuşlar ləğv olunanda da Damla prodüseri Şamillə birgə Rusiyadan gələ bilməmiş, aylarla orada qalmışdı.
Follow @7timesaz