Müğənni Damla ailəsi ilə birlikdə istirahətə yollanıb.
Axşam.az xəbər verir ki, sənətçi dincəlmək üçün Afrikanı seçib. Damla getdiyi yerdən şəkilləri instaqram izləyiciləri ilə bölüşüb. O, fotolara “Himba qəbiləsinin sakinləri ilə” şərhini yazıb.
İfaçının oradakı qadınlarla çəkdirdiyi şəkillər müzakirələrə səbəb olub. Belə ki, Damlanın qadınların sinəsiaçıq şəkillərini açıq-aşkar paylaşması tənqid edilib.
Müğənni şəkilləri silərək, fotoya emojilər qoyaraq yenidən yerləşdirib. İzləyicilər bu dəfə də onu qınayıblar. Sənətçi paylaşımını bir müddət sonra silməli olub.
Damla əlavə edib ki, özü Afrikaya çatsa da, çemodanı gəlməyib. Ona baqajının 3 gün sonra gələcəyi deyilib. İfaçı daha sonra oğlu ilə fotolarını yayımlayıb.
Follow @7timesaz