Danimarka iqlim dəyişikliyindən xilas olmaq üçün planetə zərərli emissiyalara yeni vergi tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə “TV 2” telekanalı hökumətə istinadən məlumat yayıb.
Avropa ölkəsinin səlahiyyətliləri hesab edirlər ki, tədbir atmosferə karbon qazı (CO2) tullantılarını 70 faiz azaltmağa kömək edəcək.
İqlim və energetika naziri Den Yorgensen belə bir verginin tətbiqini tarixi hadisə adlandırıb. 2030-cu ilə qədər 4,3 milyon ton CO2 emissiyaları azalacaq.
Follow @7timesaz