Dünya

Danimarkalı nazir: “Müqəddəs kitabların yandırılmasına qadağa qoyacağıq”

Danimarkalı nazir: “Müqəddəs kitabların yandırılmasına qadağa qoyacağıq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka hökuməti Quran kitabına edilən hücumların qarşısını almaq üçün qanuni yollar axtaracaq.

7Times.az  “bursahakimiyet.com.tr” saytına istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Quran kitabının bir neçə nəfər tərəfindən yandırılması son dərəcə təhqiredici hərəkətlərdir:

“Onlar Danimarka cəmiyyətinin qurduğu dəyərləri təmsil etmir. Buna görə Danimarka hökuməti mədəniyyətlər və dinlər üçün mənfi nəticələrə səbəb ola biləcək xüsusi vəziyyətlərə müdaxilə imkanlarını araşdıracaq.

Biz müqəddəs kitabların yandırılmasına qadağa qoymağı planlaşdırırıq. Bu cür hərəkətlər Danimarka üçün ciddi diplomatik və təhlükəsizlik problemləri yaradır”.

Xatırladaq ki, Danimarka və İsveçdə Türkiyə səfirliyi də daxil olmaqla bir çox ölkənin səfirlikləri qarşısında Quran kitabı yandırılıb.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün onlayn rejimdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 18-ci Fövqəladə Xarici İşlər Nazirləri Şurasının iclasında Quran kitabının yandırılması məsələsini müzakirə edəcək.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da həmin tədbirə qatılacaq.