Dünya

“Daşı daş üstündə qoymayacağıq…” – ABŞ müdafiə naziri Lloyd Ostin

“Daşı daş üstündə qoymayacağıq…” – ABŞ müdafiə naziri Lloyd Ostinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məxfi sənədlərin sızması ilə bağlı təhqiqat ABŞ səlahiyyətliləri onları məhz kimin dərc etdiyini öyrənənə qədər davam edəcək”.

Bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin bildirib.

“Biz araşdırmanı davam edəcəyik, sənədləri kimin və hansı həcmdə sızdırdığını öyrənənə qədər də daşı daş üstündə qoymayacağıq”, – deyə Ostin qeyd edib.

Pentaqon rəhbəri sızma ilə bağlı açıqlama verən ilk yüksəkvəzifəli ABŞ hökumət rəsmisi olub. O bildirib ki, Pentaqon sənədlərin fevralın 28-də və martın 1-də dərc edildiyindən xəbərdar olub, lakin bundan əvvəl internetdə başqa sənədlərin də dərc olunub-olunmaması barədə məlumatsızdır.

“Araşdırma davam etdikcə bunu da öyrənəcəyik”, – deyə Lloyd Ostin vurğulayıb.

Hazırda müstəntiqlər ABŞ kəşfiyyatının məxfi materialını yaymaqda maraqlı olan şəxslərin adlarını müəyyənləşdirmək üzərində işləyirlər.

Diplomat və RAND (Obyektiv Təhlil və Effektiv Həllər) şirkətinin elmi əməkdaşı Uilyam Kortni 100 səhifədən çox həcmi olan Pentaqonun məxfi sənədlərinin sızmasının Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna necə təsir göstərə biləcəyi barədə danışıb.

“Ciddi səviyyədə sızma baş verib. Çox sayda ətraflı məlumatlar ortaya çıxıb ki, bunlardan biri də Ukrayna müdafiəsinin müxtəlif elementlərinin struktur komponentləri ilə bağlıdır. Lakin aşkara çıxmayan məqam əks-hücum planının özüdür. Onlar hara zərbə vuracaqlar? Nə vaxt vuracaqlar? Qərb yeni silah tədarükü ilə bağlı tələsir. Rusiya Federasiyasını çaşdırmaq və bu sənədlərin real planlar barədə təsəvvür yaratmadığını vurğulamaq üçün silah və sursatların qismən yenidən bölüşdürülməsi ola bilər”, – deyə Kortni vəziyyətlə bağlı açıqlama verib.