Daşkəsən rayon Xoşbulaq kəndində qadına ağır xəsarətlər yetirilib.
7Times.az xəbər verir ki, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanovaya mübahisə zəminində balta ilə 3 xəsarət yetirilib.
Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona xəsarət yetirməkdə gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənova şübhəli bilinir.
Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Fakt araşdırılır.
Follow @7timesaz