Hadisə

Daxili İşlər Nazirliyi döyülən qadınla bağlı hərəkətə keçdi – Fotolar

Daxili İşlər Nazirliyi döyülən qadınla bağlı hərəkətə keçdi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə qadının əri tərəfindən ağac budağı ilə döyülməsi barədə fotolar yayılıb.

Bildirilib ki, qadın illərdir əri tərəfindən işgəncə görüb.

İddia olunub ki, kişi tüfəng ilə qadını və iki uşağını öldürməklə hədələyib, daha əvvəllər uşaqları da ağır şəkildə döyüb.

7times.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan məsələ DİN-in nəzarətinə götürülüb:

“Müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.