DÇ-2022-nin 1/4 finalında keçirilən Niderland – Argentina oyununu (2:2, penaltilər – 3:4) idar edən baş hakimi Mateus Laosa bu mundialda bir daha təyinat verilməyəcək.
7Times.az xəbər verir ki, buna səbəb ispaniyalı referi sözügedən matçı zəif idarə etdiyinə görə FİFA Hakimlər Komitəsi bu qərar verb.
Laosun qərarları futbolçular arasındakı gərginliyə səbəb olub. O, görüşdə 17 futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, FIFA adıçəkilən qarşılaşmanın ardından futbolçuların intizamsız davranışına görə Argentina Futbol Assosiasiyasına, eləcə də baş hakimin ünvanına tənqidi fikirlər səsləndirdiyi üçün cənubi amerikalıların oyunçuları Lionel Messi və Emiliano Martinesə qarşı iş açıb.(Yenisabah.az)
Follow @7timesaz