İdman

DÇ-2022: FİFA klublara pul ayırdı – Rekord məbləğ

DÇ-2022: FİFA klublara pul ayırdı – Rekord məbləğbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FIFA dünya çempionatında çıxış edən milli komandaların futbolçularına görə klublara pul ayırıb.

7Times.az “Sporx”a istinadən xəbər verir ki, Klubların Müavinətləri Proqramına əsasən, beynəlxalq futbol qurumu bu məqsədlə 209 milyon dollar xərcləyəcək.

Oyunçuların turnirdə keçirdiyi günlərin sayına və dünya çempionatı başlamazdan əvvəl bir həftəlik rəsmi hazırlıq dövrünə görə nəzərdə tutulan məbləğdən ən çoxu İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Siti”nin payına düşür. Milli komandalarda 16 futbolçusu olan “şəhərlilər” buna görə 5,58 milyon dollar irəli düşəcək. Turnirə 17 futbolçu göndərən “Barselona” isə onların yarısının vətəninə tez dönməsi səbəbindən cəmi 4,1 milyon dollar qazanacaq.

Premyer Liqa komandalarından “Mançester Yunayted” (13 futbolçu) 3,6 milyon,”Çelsi” (12 futbolçu) 3 milyon, “Tottenhem” isə (11 futbolçu) 2,8 milyon dollar gəlir əldə edəcək.

Türkiyə təmsilçilərinə gəlincə, 4 heyət üzvü Qətərə yollanan “Beşiktaş” 1 milyon 55 min dollar qazanacaq. Qətərə ən çox (5) futbolçu göndərən “Qalatasaray” cəmi 512 min dollar əldə edəcək. Superliqa komandalarından ən çox gəlir götürən üçüncü komanda isə “Hatayspor” olub. Samuel Adekuqbeni Kanada millisinə göndərən, həmçinin Munir Muhammedinin Mərakeşin heyətində iştirakı səbəbindən “Hatayspor” 430 min dollar qazanıb. Mişi Batşuayi (Belçika) və Enner Valensiyanı (Ekvador) Qətərə göndərən “Fənərbağça” isə 297 min dollar alacaq.

Qeyd edək ki, klublar 2010-cu ildəki dünya çempionatından bəri FİFA-dan yardım alırlar. Ödənişlər matçlarda oynayıb-oynamamasından asılı olmayaraq bütün oyunçulara edilir. FİFA hər oyunçuya qrup mərhələsində 180 min, son 16 turda 220 min, 1/4 finalda 280 min, yarımfinalda 320 min, finalda isə 370 min dollar ödəyir.